Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ötən ay Azərbaycan neftinin qiyməti nə qədər artıb?

129 Baxış

2021-ci ilin yanvar ayında Azərbaycanın “Azeri Light” markalı neftinin bir barelinin orta qiyməti 55,58 ABŞ dolları dəyərində olub.

Oxu.Az-ın məlumatına görə, bu göstərici 2020-ci ilin dekabr ayında neftin bir barelinin orta qiyməti ilə müqayisədə 5,06 ABŞ dolları qədər və ya 10,02 faiz daha çoxdur. 

Yanvar ayında neftin bir barelinin orta qiymətinin ən yüksək həddi 20 yanvar tarixində qeydə alınıb və 56,84 ABŞ dollarına bərabər olub. Ən aşağı həddi isə 4 yanvar tarixində 50,92 ABŞ dollarını təşkil edib.  

Ötən ay ərzində neftin qiyməti ilk dəfə 8 yanvar tarixində 55 dolları ötərək, 55,76 ABŞ dollarına bərabər olub. 

Qeyd edək ki, ötən ilin dekabr ayında neftin bir barelinin orta qiyməti 50,52 ABŞ dolları dəyərində olub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678