Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanda “Android” və IOS cihazlara olan tələbat açıqlanıb

139 Baxış

Azərbaycanda 2021-ci ilin yanvar ayında “Android”in bazar payı ötən ilin dekabr ayı ilə müqayisədə azalıb.

Oxu.Az-ın “Global Stats”dan əldə etdiyi məlumata əsasən, yanvar ayında “Android” istifadəçilərinin sayı 0,13 faiz bənd azalaraq 52,97 faiz olub. Halbuki ötən ilin dekabr ayında “Android”in bazar payı 53,1 faiz təşkil edib.

Yanvar ayında “Windows”un bazar payı əvvəlki ayla müqayisədə 0,25 faiz bənd artaraq 34 faiz olub. Ölkəmizdə “Windows” istifadəçilərinin sayı ötən ilin oktyabr ayında ən yüksək həddə (46,57 faiz) çatıb, sonrakı aylarda isə “Android” ilə müqayisədə kəskin azalıb. 2020-ci ilin dekabr ayında “Windows” istifadəçilərinin sayı 33,75 faiz təşkil edib.

Yanvar ayında IOS-un bazar payında artım müşahidə olunub. Belə ki, ötən ay bu cihazların istifadəçilərinin sayı 0,48 faiz bənd artaraq 9,51 faiz təşkil edib, halbuki ötən ilin dekabr ayında bu göstərici 9,03 faiz olub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678