Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Azəriqaz” sayğacların sərfiyyatı uyğun hesablamadığı ilə bağlı açıqlamaya aydınlıq gətirib

125 Baxış

“Açıqlamada qeyd olunduğu kimi, söhbət istismar müddəti bitmiş qaz sayğaclarından deyil, dövrü dövlət yoxlanışı üçün açılıb götürülən sayğaclardan gedir”.

Bunu Oxu.Az-a açıqlamasında “Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov deyib.

O bildirib ki, mövcud qaydalara görə beş ildən bir əhali-abonent qrupunda məişət qaz sayğacları dövlət yoxlanışı üçün açılaraq götürülür və yerinə yenisi quraşdırılır.

Qurumun mətbuat katibi ikinci məsələyə də aydınlıq gətirib. Onun sözlərinə görə, sayğacların ümumiyyətlə istifadəsi müddətində onların iş prinsiplərində qüsurların yaranması mümkündür:

“Dövlət yoxlanışı zamanı heç də sayğacların hamısı saz vəziyyətdə çıxmır. Onların iş prinsiplərində qüsurların olması təcrübədə də özünü göstərir. Lakin bu heç də sayğacların sərfiyyatı artıq qeydə alması mənasına vermir. Açıqlamada qeyd olunan qüsur sayğacın artıq sərfiyyat qeydə alması anlamına gəlmir”.  


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678