Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azəri-Çıraq-Günəşli yatağından hasil olunan neftin həcmi açıqlanıb

156 Baxış

2020-ci ildə Azəri-Çıraq-Günəşli yatağından ümumi hasilat 23,6 milyon ton olub.

“BP Azərbaycan”dan Oxu.Az-a verilən məlumata əsasən, il ərzində gündəlik hasilat orta hesabla 477 min barel, ümumilikdə isə təxminən 175 milyon barel təşkil edib. 

Bildirilir ki, stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. 2020-ci ildə Çıraq platformasından gündəlik 34,9 min barel, Mərkəzi Azəri fazasından 113,2 min barel, Qərbi Azəri platformasından 118,9 min barel, Şərqi Azəri platformasından 64,2 min barel, Dərinsulu Günəşli platformasından 95,4 min barel və Qərbi Çıraq fazasından 50,4 min barel gündəlik neft hasil olunub.

Ötən il ərzində Azəri-Çıraq-Günəşli yatağı üzrə fəaliyyətlərə təxminən 531 milyon dollar əməliyyat məsrəfləri və 1 milyard 817 milyon dollardan çox əsaslı məsrəflər xərclənib.

İlin sonunda AÇG-də ümumilikdə 127 neft hasilat quyusu, 45 su injektor quyusu və səkkiz qaz injektor quyusu istismarda olub. Eləcə də, 11 neft hasilat və iki suvurma quyusu qazılıb.

AÇG-də iştirak payları: BP (30,37 faiz), SOCAR (25 faiz), MOL (9,57 faiz), INPEKS (9,31 faiz), Ekvinor (7,27 faiz), EksonMobil (6,79 faiz), TPAO (5,73 faiz), ITOÇU (3,65 faiz), ONGC Videş Limited (OVL) (2,31 faiz). 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678