Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

SOCAR Türkiyə şirkətləri ilə bağlı əhəmiyyətli dəyişiklik edəcək

148 Baxış

“Petkim və STAR NEZ-in inteqrasiyası reallaşdırıla bilər”.

Bu barədə “Bloomberg HT”yə müsahibəsində SOCAR-ın Türkiyədəki törəmə şirkəti olan “SOCAR Türkiyə Enerji”nin STAR Neft Emalı Zavodunun (NEZ) və “Petkim Petrokimya Holdinq”in baş direktoru Anar Məmmədov məlumat verib.

O, 2021-ci ildə neft-kimya sənayesindəki gözləntilər və investisiya planları barədə danışıb. Onun sözlərinə görə, Petkim və STAR Neft Emalı Zavodunun inteqrasiyası 2-3 il ərzində həyata keçirilə bilər.

A.Məmmədov əlavə edib ki, Petkim Türkiyədəki neft-kimya sənayesi üzrə təlabatın 18 faizini qarşılayır və bu ehtiyacın tamamilə qarşılanması üçün beş ədəd daha Petkim kimi şirkətə ehtiyac var. Baş direktor qeyd edib ki, STAR NEZ dizel bazarında Türkiyəki təlabatı qarşılamaq üçün yeni investisiyaları dəstəkləyir.

Xatırladaq ki, STAR Neft Emalı Zavodunun illik dizayn istehsal gücü 10 milyon tondur. Zavodda ötən il ərzində 10,3 milyon xam neft və 300 min ton təbii qazdan istifadə etməklə böyük həcmdə dizel yanacağı (4,8 milyon ton), aviasiya yanacağı (1,6 milyon ton), LPG (0,3 milyon ton), nafta (1,5 milyon ton), neft koksu (0,7 milyon ton), kükürd (0,2 milyon ton) olmaqla cəmi 10,1 milyon ton məhsul hasil edilib.

Həmçinin, “Petkim Petrokimya Holdinq”inin hazırda 21 təsisi var. Onlardan 15-i əsas istehsalat vahidi, 6-sı köməkçi qurğulardan ibarətdir. Müəssisə illik 3 milyon 600 min ton məhsul istehsal edir. Satışa çıxarılan məhsulların həcmi isə 2 milyon ton səviyyəsindədir. Müəssisə 2 əsas xammaldan istifadə etməklə (nafya və LPG) 50-dən çox məhsul istehsal edir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678