Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Aleksey Maslov: “Regionun digər dövlətləri ilə müqayisədə Ermənistana iqtisadi tələb xeyli azdır”

127 Baxış

Məlumdur ki, Pekin bir qayda olaraq müxtəlif münaqişələrdə tərəf tutmur, yalnız iqtisadi maraqlarına diqqət yetirir. Bu yaxınlarda isə erməni ekspert, siyasi elmlər namizədi və Çin üzrə mütəxəssis Mqer Saakyan bildirib ki, Çin Cənubi Qafqaz dövlətlərindən yalnız Ermənistana investisiya qoymaqdan çəkinir. Onun sözlərinə görə, Çin yalnız öz məhsullarını xarici bazarlarda satmaqda maraqlıdır, lakin Ermənistana investisiyalar hələ ki, istisna olunur.

Media.Az məsələ ilə əlaqədar məşhur rusiyalı ekspert, Çin üzrə mütəxəssis, Rusiya Elmlər Akademiyasının Uzaq Şərq İnstitutunun direktoru vəzifəsini icra edən professor Aleksey Maslovdan münasibət öyrənib.

Onun sözlərinə görə, Çin siyasi deyil, iqtisadi cəhətdən sərmayə qoyur.

“Ermənistanda bəzi Çin investisiyaları var, lakin regionun digər dövlətləri ilə müqayisədə bu ölkəyə tələb xeyli azdır. Bu, həm təbii şərait, həm də malların çatdırılması ilə əlaqədardır”, – deyə ekspert qeyd edib.

O vurğulayıb ki, coğrafi mövqeyi nəzərə alınaraq, Ermənistanı Çindən Avropaya və ya Yaxın Şərqə “tədarük zəncirinə” daxil etmək çətindir.

“Buna görə Çindən ciddi investisiyaların olmaması üçün heç bir siyasi səbəb görmürəm”, – deyə sinoloq əlavə edib.

Ekspert dediklərinə misal kimi Moskva-Pekin münasibətlərini göstərib.

“Rusiya ilə Çin arasında münasibətlər indi çox yaxşıdır. Ancaq Rusiyaya Çin sərmayəsi Orta və Şərqi Avropa ölkələri ilə müqayisədə çox azdır”, – deyə professor vurğulayıb.

Maslovun sözlərinə görə, bu, yalnız iqtisadi səbəblərdən irəli gəlir və heç bir siyasi rəng yoxdur.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678