Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Altı partiya hesabat verdi: Beşinin gəliri olmayıb

157 Baxış

Azərbaycanda dövlət qeydiyyatına alınmış altı siyasi partiya 2020-ci il üzrə maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib.

Bu barədə Oxu.Az MSK-dan məlumat əldə edib.

Hakim Yeni Azərbaycan Partiyası (YAP) ötən il üzrə gəlirləri və xərcləri göstərib. Hesabata əsasən, YAP-ın müvafiq dövrdə gəlirləri 12 milyon 290 min 495 manat, xərcləri isə 10 milyon 527 min 380 manatdır.

Azərbaycan Mübarizləri Partiyası, Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Azərbaycan Liberal Partiyası və Azərbaycan Respublikaçılar Partiyası da maliyyə hesabatlarını MSK-ya veriblər.

Bu partiyalar isə maliyyə hesabatlarında ötən il üzrə gəlirlərinin və xərclərinin olmadığını açıqlayıblar.

Aqşin Kərimov


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678