Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanda yanvar ayında hasil olunan neftin həcmi məlum oldu

146 Baxış

2021-ci ilin yanvar ayı ərzində ölkənin mədənçıxarma sektorunda xam neft (qaz kondensatı daxil olmaqla) hasilatı 3 milyon 80,6 min ton olub.

Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, ötən ilin yanvar ayı ilə müqayisədə xam neft hasilatı 3,9 faiz azalıb.

Əlavə olaraq magistral neft kəmərləri ilə 3 milyon 161,4 min ton neft nəql edilib. Nəqletmənin 79,4 faizi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin yanvar ayı ərzində bu kəmər vasitəsilə 2 milyon 509,3 min ton neft ötürülüb.

Dövr ərzində BTC kəməri ilə 276,1 min ton tranzit nefti də nəql edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678