Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Növbəti məhsulun güzəştli sığortasına başlanılıb: Şərtlər, məbləğlər – FOTO

138 Baxış

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə çay əkini sahələrinin sığortalanması şərtləri açıqlanıb.

Aqrar Sığorta Fondundan verilən məlumata görə, qaydalara əsasən, hesablama aparılması üçün çay bitkisinin bir hektarı üzrə məhsuldarlıq və məhsulun qiyməti normaları müəyyən edilib.

Belə ki, çayın bir hektarı üçün məhsuldarlıq norması 3,5-125 sentner arasında, qiymət isə 50-150 manat/sentner arasında müəyyən edilib. Bir hektar sahədən məhsuldarlıq və qiymət hədləri aşağıdakı kimidir:

Qaydalara görə, aqrar sığorta çərçivəsində çay bitkisinin sığortalanması üçün iki sığorta zərfi təklif edilir. Birinci “baza zərfi”ndə azadolma məbləği 10 faizdir. Bu zərf çay bitkisini dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına və üçüncü şəxslərin hərəkətlərinin nəticələrindən sığorta edir. İkinci sığorta zərfi üzrə azadolma məbləği 30 faizdir. Bu zərf çay bitkisini bitki xəstəlikləri və zərərvericilər, eləcə də xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumunun nəticələrindən qoruyur.

Sığorta zərflərinin əhatə etdiyi risklər, azadolma məbləğləri və sığorta haqları ölkənin regionları üzrə aşağıdakı kimidir:

Qaydalara əsasən, fermerlər sığorta haqqının onlara aid olan hissəsini hissələrlə ödəyə bilərlər. Bu halda sığorta haqqının yarısı dərhal, digər yarısı isə bir aydan sonra ödənilir.

Bəzi hallarda fermerlərə sığorta haqqının ödənişində əlavə güzəştlər nəzərdə tutulub. Sığortalanmış predmetin yerləşdiyi ərazi dolu riskindən qorunma konstruksiyalarına malik olduqda sığorta haqqına beş faiz güzəşt edilir. Bundan başqa, sığorta hadisəsi olmadan başa çatan hər ilə görə fermer sığorta haqqında beş faiz güzəşt alacaq. Məsələn, hadisəsiz keçən bir ildən sonra sığorta haqqında beş faiz, iki ildən sonra on faiz, üç ildən sonra isə 15 faiz güzəşt ediləcək. Nəhayət, yaşı 29-dan aşağı olan fermerlər “gənc fermer” güzəştindən istifadə etməklə sığorta haqqını beş faiz az ödəyəcəklər.

Fermerlər və iş adamları çay əkini sahələrinin sığortalanması üçün artıq indidən müraciət edə bilərlər. Müraciətlərin qəbulu mart ayının 30-dək davam edəcək. Martın 30-dan aprelin 30-dək olan dövrdə edilən müraciətlər zamanı isə çay sahələrinin sığortalanması üçün əraziyə müstəqil sığorta eksperti gələrək sahəyə baxış keçirəcək.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678