Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İcazə verilməyən ərazilərdə tikilən evlərlə bağlı AÇIQLAMA

112 Baxış

“Vətəndaşlar tərəfindən icazəsiz mühafizə zonalarında yaşayış və qeyri-yaşayış obyektləri inşa edilib ki, bu da infrastrukturla bağlı müəyyən problemlər yaradır”.

Bu barədə Əmlak Məsələləri Dövlət Xidməti yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin direktor müavini Şamil Abdullayev “Vergilər” sosial-iqtisadi onlayn qəzetə müsahibəsində məlumat verib.

Strateji obyektlərin mühafizə zonalarında yerləşən torpaqlarda tikilən fərdi evlərlə bağlı məsələyə aydınlıq gətirən Ş.Abdullayev bildirib ki, bununla əlaqədar Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli Qərarı ilə “Gərginliyi 1000 voltadək və 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydalar”ı təsdiq edilib:

“Qaydalara əsasən, mühafizə zonaları gərginliyi 20 kv-a qədər olan elektrik şəbəkəsindən 10 metr, 35 kv-lıq 15 metr, 110 kv-lıq 20 metr, 150 kv-lıq 25 metr, 220 kv-lıq 25 metr, 330-500 kv-lıq 30 metr müəyyən edilib. Nazirlər Kabinetinin müvafiq qərarları ilə su mühafizə zonalarının, istismar olunan ixrac boru kəmərlərinin, qaz təchizatı xətlərinin, dövlət və yerli əhəmiyyətli hidrotexniki qurğularının, avtomobil və dəmiryollarının, Xəzər dənizinin və digər kommunikasiya xətlərinin mühafizə zonaları müəyyən edilib. Qanunvericiliklə bu mühafizə zonalarında tikinti işləri icazə əsasında aparılır.

Əmlak Məsələləri Dövlət Xidməti bu məsələlərlə bağlı geniş maarifləndirmə işləri aparır. İnfrastruktur obyektlərinə problem yaratmayan, lakin qanunsuz inşa edilmiş tikililərin bir hissəsi ilə bağlı rayon icra hakimiyyətlərində yaradılmış komissiyalar tərəfindən inventarlaşma işləri aparılıb”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678