Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ölkə iqtisadiyyatının cari vəziyyəti açıqlandı

133 Baxış

2021-ci ilin yanvar-fevral aylarında ölkədə 12 milyard 19 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. 

Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə ÜDM 3,2 faiz azalıb.

Təkcə fevral ayında ölkədə təxminən 5 milyard 762,2 milyon manat dəyərində ümumi daxili məhsul istehsal edilib. Bu, yanvar ayı ilə müqayisədə 7,9 faiz azdır.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 7,5 faiz, qeyri neft-qaz sektorunda isə 0,4 faiz azalıb.

ÜDM istehsalının 41,2 faizi sənaye, 10,7 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 8,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,7 faizi tikinti, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2 faizi informasiya və rabitə, 0,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 19,9 faizi digər sahələrin payına düşüb.

Məhsula və idxala xalis vergilər ümumi daxili məhsulun 9,6 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 1201,6 manata bərabər olub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678