Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Biznes mühitinin yaxşılaşdırılmasına dair Alman-Azərbaycan Xarici Ticarət Palatası ilə görüş keçirilib

121 Baxış

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri ilə görüş keçirilib.

Qurumdan Oxu.Az-a verilən məlumata əsasən, Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli Xidmətin fəaliyyət istiqamətləri, qurumun fəaliyyətinin təkmilləşdirilməsi üçün aparılan islahatlar barədə ətraflı məlumat verib.

Bildirilib ki, son dövrlər haqsız rəqabət, inhisarçılığa qarşı mübarizə, istehlakçı hüquqlarının qorunması, keyfiyyət infrastrukturu, eləcə də dövlət satınalmalarında rəqabət mühitinin və şəffaflığın təmin olunması istiqamətində işlər görülür. Biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə sahibkarlar və biznes assosiasiyaları ilə əlaqələrin genişləndirilməsi üzrə yeni istiqamətlər müəyyənləşdirilib.

Tədbirdə Alman-Azərbaycan Xarici Ticarət Palatasının İdarə Heyətinin sədri Fərid İsayev dialoq formatında tərəfdaşlıq təşəbbüsünün inkişafına dair təkliflərini səsləndirib. Palatanın icraçı direktoru Tobias Bauman bu sahədə xarici ölkələrin müsbət təcrübəsinin öyrənilməsi və normativ bazanın təkmilləşdirilməsi üçün əməkdaşlığa hazır olduqlarını vurğulayıb.

Müzakirə formatında keçirilən görüşdə biznes dairələri, sahibkar birlikləri və assosiasiyalarla əməkdaşlığın iqtisadi inkişafa töhfə verdiyi, belə tədbirlərin davamlı olaraq keçiriləcəyi qeyd edilib, suallar cavablandırılıb.  


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678