Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

SOCAR Rusiyadan Gürcüstana qaz tranzitini təşkil edəcək

146 Baxış

“Şimali Qafqaz – Zaqafqaziya” magistral boru kəmərinin təmiri ilə əlaqədar Rusiya qazının Ermənistana Azərbaycan ərazisindən müvəqqəti qaz tədarükü məsələsinə Dövlət Neft Şirkəti (SOCAR) mübasibət bildirilib.

SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Oxu.Az-a açıqlamasında təsdiqləyib ki, “Şimali Qafqaz – Zaqafqaziya” magistral boru kəmərində müvəqqəti təmir işləri aparılır.

“Bununla əlaqədar Rusiya tərəfi özünə məxsus olan təbii qazın Azərbaycan ərazisindən Gürcüstan ərazisinə tranzit nəqli ilə bağlı Azərbaycana müraciət etmiş, müvafiq ödəniş müqabilində Rusiya qazının Azərbaycan üzərindən Gürcüstana müvəqqəti tranzit nəqli ilə bağlı razılıq əldə olunub”, – deyə SOCAR rəsmisi qeyd edib.

Qeyd edək ki, Rusiyanın “Qazprom” şirkəti Ermənistana qaz tədarükünü “Şimali Qafqaz-Zaqafqaziya” magistral qaz kəməri vasitəsilə Gürcüstan üzərindən həyata keçirir.

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678