Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bu il istehlakçılara nə qədər benzin və dizel satılıb? – FOTO

122 Baxış

Azərbaycanda 2021-ci ilin yanvar-fevral ayları ərzində 504,6 milyon manat dəyərində neft məhsulları istehsal olunub.

Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17,9 faiz azdır.

Ölkədə yanvar ayı ərzində 148,9 min ton avtomobil benzini, 356,3 min ton dizel yanacağı istehsal edilib. Avtomobil benzininin istehsalı 35,3 faiz, dizel yanacağının istehsalı isə 4,2 faiz azalıb.

Eləcə də, neft məhsullarından neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 73 faiz, neft koksunun istehsalı 5,8 faiz artıb, sürtkü yağlarının istehsalı 1,9 faiz, neft bitumunun istehsalı 22,8 faiz, ağ neftin istehsalı 34,8 faiz, yanacaq mazutunun istehsalı 79,4 faiz azalıb.

Qeyd edək ki, pərakəndə ticarət dövriyyəsində istehlakçılara 322,6 milyon manat dəyərində avtomobil benzini və dizel yanacağı satılıb. Satış həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 11,9 faiz azalıb.

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678