Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Hibrid”lər xaricdən gətirilən maşınların 11 faizini təşkil edir

142 Baxış

2021-ci ilin yanvar-fevral aylarında ölkəyə 1 042 ədəd elektrik mühərriklə də hərəkətə gətirilən və yalnız elektrik mühərriklə hərəkətə gətirilən avtomobil idxal edilib və onların ümumi dəyəri 5 milyon 250,8 min dollar olub.

Oxu.Az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 231 ədəd və ya 18,1 faiz azdır.

Təkcə fevral ayı ərzində 583 ədəd bu tipdə avtomobil idxal edilib və onların ümumi dəyəri 2 milyon 929,5 min dollar olub. Azərbaycan yanvar ayı ilə müqayisədə fevral ayında bu avtomobillərin alışını 124 ədəd və ya 27 faiz artırıb.

Eləcə də, ötən ay yalnız elektrik mühərriklə hərəkətə gətirilən 10 ədəd (iki ədəd) avtomobil idxal edilib və onların ümumi idxal dəyəri 471,6 min dolları əhatə edib.

Təkcə fevral ayında ölkəmiz 8 ədəd elektrik mühərrikli maşın idxal edib.

Qeyd edək ki, iki ay ərzində idxal olunan elektrik mühərriklə də hərəkətə gətirilə bilən və yalnız elektrik mühərrikli avtomobillər ümumi idxal edilən avtomobillərin 11 faizini təşkil edib.

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678