Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycan məhsullarının Qətərə ixracı məsələsi gündəmdədir

129 Baxış

Azərbaycan məhsullarının Qətərə ixracı məsələləri müzakirə olunub.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) Oxu.Az-a verilən məlumata əsasən, bununla bağlı Qətərin “Ali Bin Ali Group” şirkəti ilə onlayn formatda işgüzar görüş keçirilib.

Tədbirdə aidiyyəti qurumların nümayəndələri ilə yanaşı, hər iki ölkənin səfirləri iştirak ediblər.

AZPROMO-nun rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev Azərbaycanın ixrac və investisiya potensialı, yerli məhsulların xarici bazarlarda tanıdılması və satışının genişləndirilməsi istiqamətində görülən işlər barədə danışıb, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti haqqında məlumat verib.

“Ali Bin Ali Group” şirkətinin vitse-prezidenti Nabil Çamas təmsil etdiyi qurumun fəaliyyətindən bəhs edib, iki qurum arasında əlaqələrin qurulmasının əhəmiyyətini, bu sahədə görüləcək işləri diqqətə çatdırıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678