Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Sumqayıt Kimya Sənaye Parkı” MMC şəhid əməkdaşının məzarını ziyarət edib – FOTO

126 Baxış

“Sumqayıt Kimya Sənaye Parkı” MMC şəhid əməkdaşının məzarını ziyarət edib.

İqtisadiyyat Nazirliyindən Oxu.Az-a verilən məlumatda bildirilir ki, “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin kollektivi vətənin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş həmkarları Asəf Nəsibovun məzarını ziyarət edib, xatirəsini ehtiramla anıb.

MMC-nin kollektivi şəhid Asəf Nəsibovun ailəsi ilə görüşüb, qayğıları ilə maraqlanıb, Novruz bayramı münasibətilə bayram sovqatı təqdim edib.

Qeyd edək ki, cəbhəyə getmək üçün könüllü müraciət edən Asəf Nəsibov Cəbrayıl, Qubadlı və Laçın rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib və oktyabrın 29-da Qubadlı-Laçın istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

A.Nəsibov döyüşlərdə göstərdiyi igidlik və şücaətə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678