Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azad olunmuş ərazilərdə iqtisadi quruculuq iqtisadi artıma müsbət təsir edəcək

169 Baxış

Daxili və xarici tələbin zəif olaraq qalması, habelə pandemiyanın təsiri ilə məcmu təklifin məhdudlaşması şəraitində cari ilin doqquz ayında ÜDM real olaraq 3,9 faiz, o cümlədən, qeyri-neft sektoru üzrə 2,4 faiz azalıb.

Mərkəzi Bankdan verilən məlumata əsasən, iqtisadiyyatın aparıcı sahələrindən olan qeyri-neft sənayesində 10,5 faiz, kənd təsərrüfatında isə 1,5 faiz iqtisadi artım qeydə alınıb.

İlin qalan dövründə və növbəti ildə iqtisadi aktivlik stimullaşdırıcı fiskal və monetar siyasət, davam edən makroprudensial yumşalma ilə dəstəklənəcək. Bu amillər real iqtisadi artımın 2021-ci ildə müsbət zonaya keçməsi ilə bağlı proqnozların reallaşmasını dəstəkləyir.

İqtisadi bərpanın dayanıqlı faktorlara əsaslanmaqla baş verməsi əhəmiyyətli dərəcədə makroiqtisadi sabitliyin bundan sonra da qorunmasından asılı olacaq.

Azad olunmuş ərazilərdə genişmiqyaslı iqtisadi quruculuq işləri də iqtisadi artıma müsbət təsir edəcək.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678