Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Yelo Bank” 2021-ci ilə 5,7 milyon manat xalis mənfəətlə başlayıb

120 Baxış

“Yelo Bank” 2021-ci ilin birinci rübü üzrə maliyyə hesabatını açıqlayıb.

Hesabat dövründə Bankın əsas maliyyə göstəriciləri üzrə pozitiv dinamika qeyd olunub.

2020-ci ilin dördüncü rübü ilə müqayisədə Bank cari ilin birinci rübündə gəlirlərini əhəmiyyətli dərəcədə artırıb. Nəticədə Bank hesabat dövrünü 5,7 milyon manat xalis mənfəətlə başa vurub.

Eyni zamanda Bankın cəmi aktivləri 10,5 milyon manat artaraq 401,4 milyon manata çatıb.

Bankın kredit portfelində də nəzərə çarpan müsbət dinamika müşahidə olunur. Belə ki, ümumi kredit portfeli ötən ilin sonu ilə müqayisədə 6,5 % artaraq 328,4 milyon manata çatıb. Hesabat dövrü üzrə portfelin mühüm hissəsini təşkil edən biznes kreditlərinin həcmində 20 milyon manat, istehlak kreditlərində isə 8 milyon manat artım olub.

Hesabat dövrü üzrə bankın xalis faiz gəlirləri iki dəfədən çox artaraq 9,9 milyon manat təşkil edib.

Hazırda Bankın məcmu kapitalı 59,4 milyon manatdır, bu isə requlyativ tələbdən 9,4 milyon manat çoxdur.

“Yelo Bank”ın İdarə Heyətinin Sədri Anar Həsənov 1-ci rübün maliyyə nəticələrini şərh edib:

“Yeni strategiyamızın bəhrəsini artıq görürük. Bankın mənfəətə çıxması müştərilərimizin etibarı və güclü komandamızın birgə işinin nəticəsidir. Ölkə iqtisadiyyatındakı müsbət canlanma siqnalları biznes hədəflərimizin reallaşmasına əlavə təkan verir. Hazırda əsas məqsədimiz pandemiya şəraitində müştərilərimizin gözlənti və ehtiyaclarını ən yüksək səviyyədə qarşılamaqdır. Başladığımız templə davam edərək 2021-ci ili uğurlu nəticələrlə yekunlaşdıracağımıza inanırıq”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678