Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Dövlət borcu ilə bağlı büdcədən nə qədər vəsait xərclənib?

138 Baxış

2021-ci ilin birinci rübündə dövlət büdcəsi xərclərinin 4 milyard 20,5 milyon manatı cari xərclərə, 1 milyard 105,7 milyon manatı əsaslı xərclərə, 397,5 milyon manatı dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.

Maliyyə Nazirliyindən Oxu.Az-a verilən məlumata əsasən, cari xərclərə 2020-ci ilin eyni dövrü ilə müqayisədə 194,9 milyon manat və ya 5,1 faiz, əsaslı xərclərə isə 80 milyon manat və ya 7,8 faiz çox vəsait yönəldilib.

İqtisadi təsnifata uyğun olaraq cari ilin birinci rübündə dövlət büdcəsi xərclərinin 48 faizi və ya 2 milyard 651,6 milyon manat sosialyönümlü xərclərin maliyyələşdirilməsinə yönəldilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 131,8 milyon manat və ya 5,2 faiz çoxdur.

2021-ci ilin ilk üç ayında büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib.

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678