Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanla Türkiyəyə arasında qaz müqaviləsinin müddəti başa çatıb

152 Baxış

Azərbaycandan Türkiyəyə illik 6,6 milyard kubmetr qaz tədarükü təmin edən müqavilənin müddəti başa çatıb.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov Oxu.Az-a açıqlamasında bildirib ki, müqavilənin başa çatması ilə əlaqədar 16 aprel tarixi son qaz tədarükü günü olub.

“BP-Azerbaijan” şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tamam Bayatlı deyib ki, “Şahdəniz-1” layihəsi çərçivəsində qazın nəqli üzrə 2001-ci ildə əldə edilən və vaxtı bitmiş müqavilənin yenilənməsi üzrə “BOTAŞ” və konsorsium arasında danışıqlar davam etdirilir.

Xatırladaq ki, Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsinin Baş direktoru Saltuk Düzyol daha öncə verdiyi açıqlamada vurğulayıb ki, 2020-ci ildə Türkiyə digər mənbələrdən aldığı təbii qazı azaltsa da, Azərbaycandan aldığı təbii qaz həcmini yüksək saxlayıb və 2021-ci ildə də bu tendensiyanın davam etməsi BOTAŞ-ın qərarı və Türkiyədəki tələbdən asılı olacaq.

O bildirib ki, Azərbaycan qazı Türkiyədə ən aşağı qiymətlə təklif olunan qazdır, Türkiyə Azərbaycan qazını xüsusi tariflə əldə edir, buna görə də, ötən il nisbətən bahalı olan mənbələrdən qaz alışı azaldıldı və üstünlük Azərbaycan qazına verildi.

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678