Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Naturelgaz” şirkəti “SOCAR Türkiyə”nin paylama əməliyyatlarını 6,5 milyon manata satın alıb

169 Baxış

“Naturelgaz” şirkəti “SOCAR Türkiyə”-nin LNG (maye qaz) və CNG (sıxışdırılmış təbii qaz) paylama əməliyyatlarını satın alıb.

Oxu.Az-ın Qlobal İnvestisiya Holdinqindən əldə etdiyi məlumata əsasən, “Naturelgaz” şirkəti satınalma haqqı olaraq nağd şəkildə 32 milyon 411 min 12 lirə, təxminən, 6 milyon 482 min 216 manat ödəniş edib.

Qeyd edək ki, “Naturelgaz” şirkəti SOCAR Türkiye LNG-nin müvafiq paylama əməliyyatları üzrə satın alınan hissələrin ötürülməsi ilə bağlı müqaviləni 6 fevralda imzalayıb. Lakin, Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumu “Təbii Qaz Bazarı haqqında Qanun”a müvafiq olaraq müqaviləni təsdiqləməyib. Bununla bağlı olaraq alıcı tərəf müqaviləyə qanunla müvafiq dəyişiklikləri etdikdən sonra səhmlərin transferi həyata keçirilib.  

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678