Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Dövlət Neft Fondu 3,3 milyard dollar gəlir əldə edib

162 Baxış

Azərbaycan Respublikası Dövlət Neft Fondu 2020-ci ilin yanvar-oktyabr ayları ərzində Azəri-Çıraq-Günəşli və Şahdəniz üzrə ümumi 3 milyard 333 milyon ABŞ dolları həcmində gəlir əldə edib.

Dövlət Neft Fondundan Oxu.Az-a verilən məlumata əsasən, Fond ilk 10 ay ərzində Azəri-Çıraq-Günəşli yatağından 3 milyard 57 milyon ABŞ dolları həcmində gəlir əldə edib.

Həmçinin, 2020-ci ilin yanvar-sentyabr ayları ərzində Şahdəniz qaz və kondensat yatağından əldə edilən gəlirin həcmi 276 milyon ABŞ dolları olub.

O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlir 205 milyon ABŞ dollarını təşkil edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678