Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Fitch” SOCAR-ın proqnozunu yaxşılaşdırıb

116 Baxış

Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üçün proqnozu yaxşılaşdırıb.

Oxu.Az-ın agentlikdən əldə etdiyi məlumata əsasən, uzunmüddətli emitentin defolt reytinqi üzrə proqnozu “mənfi”dən “sabit”ə doğru dəyişib.

Agentlik SOCAR-ın reytinqini isə “BB+” səviyyəsində saxlayıb. Bərpa reytinqi isə “RR4” səviyyəsində müəyyən edilib.

Bildirilib ki, SOCAR tam olaraq dövlətin mülkiyyətindədir və dövlətlə əlaqəli müəssisələrin reytinq meyarlarına əsasən şirkətin reytinqi Azərbaycan (“BB+” / Sabit) ilə bərabərləşdirilib.

Qeyd edək ki, SOCAR-ın müstəqil kredit profili isə “b+” səviyyəsində saxlanılıb.

Nigar Məmmədova 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678