Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Türkiyədə yeni kriptovalyuta buraxılır

128 Baxış

Kriptovalyuta mübadiləsindəki etibarsızlıq mühiti yaradan ən vacib problemlərdən biri istifadəçilərin əməliyyatlarını vaxtında ləğv edə bilməməsidir.

“Sabah” xəbər verir ki, fövqəladə hallarda kripto mübadiləsinə girə bilməyən istifadəçilər adətən bu vəziyyətdən maddi cəhətdən zərər görürlər.

Türkiyədə “Thodex”, “Vebitcoin”, “GoldexCo.” kimi kriptovalyuta mübadilələrində yaşanan şikayətləri, investorların inamsızlığını aradan qaldırmaq üçün hərəkətə keçilib.

70 yerli proqram təminatının infrastrukturunu qurduğu və 4 milyon dollar sərmayə qoyulan “ABStocks” gələn ay bazara girməyə hazırlaşır.

“2 illik müddətdən sonra 70-ə yaxın türkiyəli proqramçı tərəfindən inkişaf etdirilən “ABStocks” beynəlxalq təhlükəsizlik sertifikatları standartı və arxasında güclü holdinq quruluşu ilə kripto birjalarından birinə çevriləcək”, – deyə “ABStocks”un investoru və “AB Group Holding” idarə heyətinin başçısı Muhsin Bayrak bildirib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678