Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakı Ali Neft Məktəbinin tələbələri üçün SOCAR Türkiyə onlayn yay təcrübə proqramı təşkil edəcək – FOTO

123 Baxış

Bakı Ali Neft Məktəbi (BANM) ilə SOCAR Türkiyə arasında onlayn görüş keçirilib.

Görüşdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, SOCAR Türkiyənin İnsan Resursları üzrə qrup direktoru Levent Kocagül və İstedad qəbulu üzrə qrup meneceri Nazlı Ünsal, eləcə də Bakı Ali Neft Məktəbinin məzunları, “STAR” Neft Emalı Zavodunun Proses mühəndisi Amail Məmmədova və istehsal mühəndisi Sənan Həsənzadə, “Petkim” Petrokimya Holdinqdə istehsal mühəndisi kimi çalışan Kənan Sadıqov iştirak ediblər.

BANM-in rektoru Elmar Qasımov bildirib ki, SOCAR Türkiyə ilə səmərəli əməkdaşlıq sayəsində indiyədək ali məktəbin onlarla tələbə-məzunu təcrübə proqramlarına və müxtəlif vəzifələrdə işə cəlb olunub. O həmçinin qeyd edib ki, təcrübə müddətində tələbələr texniki proseslərlə yaxından tanış olmaqla yanaşı, təhsil müddətində əldə etdikləri nəzəri bilikləri praktik baxımdan da təkmilləşdirmək imkanı əldə edirlər.

Şirkət nümayəndələri bildirib ki, təcrübə proqramı ilə bağlı seçimlərdə əsas meyar olaraq tələbələrin akademik göstəriciləri, müsahibələrdə onların peşəsinə yanaşma və özünüifadə tərzi, həmçinin emosional intellekti nəzərə alınır ki, BANM tələbələri bu meyarlara cavab verir.

BANM məzunları Amail Məmmədova, Sənan Həsənzadə və Kənan Sadıqov da öz növbəsində SOCAR Türkiyə Qrupa daxil olan şirkətlərdə çalışmaqdan məmnunluqlarını ifadə edib və təhsil aldıqları müddətdə əldə etdikləri bilik və bacarıqların iş prosesində onlara kömək olduğunu qeyd ediblər.

Sonda SOCAR Türkiyə ilə BANM arasında onlayn yay təcrübə proqramının təşkili qərara alınıb. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678