Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Kiberhücumlara məruz qalanların NƏZƏRİNƏ: Zərərli keçidlər “bloklist”də toplanacaq – FOTO

123 Baxış

“Blacklist.gov.az” layihəsinin yeni təkmilləşdirilmiş və daha funksional versiyası istifadəyə verilib.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən verilən məlumata əsasən, layihənin məqsədi ölkəmizdə son zamanlar artan onlayn dələduzluq və kibertəhdidlərə qarşı mübarizəni gücləndirməkdən ibarətdir.

Belə ki, kiberdələduzluq və kiberhücumlarda istifadə olunan domen adlarını toplamaqla ifşa etmək, eləcə də sistemə inteqrasiya edilmiş veb-bələdçilər üçün qoruyucu genişlənmə, API inteqrasiya imkanları vasitəsi ilə internet istifadəçilərini qorumaq da layihənin əsas məqsədləri arasındadır.

Yeni versiya “Google Chrome” və “Microsoft Edge” veb-bələdçilər üçün qoruyucu genişlənmə, API inteqrasiya imkanı, qara siyahının birbaşa əməliyyat sisteminə və şəbəkə perimetrinin müdafiəsi üçün nəzərdə tutulmuş avadanlıqlara inteqrasiyası və s. kimi funksionallıqlar əlavə olunub.

Həmçinin, internet istifadəçilərinə də onlar tərəfindən özlərinin aşkarladıqları zərərverici və ya dələduzluq məqsədi üçün istifadə olunan resursların sistemə daxil edə bilməsi üçün funksionallıq aktivləşdirilib. Bu yanaşma istifadəçilərdən toplanacaq zərərli keçidlər “bloklist” bazasında toplanacaq və yuxarıda göstərilən “extension” və “APİ” imkanları istifadə edilən bütün internet istifadəçilərində avtomatik olaraq həmin zərərli domenlərə keçidlər bloklanmış olacaq.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678