Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Suqovuşan” yarımstansiyasından verilən enerji qəsəbəni tam təmin edəcək – FOTO

118 Baxış

“Suqovuşan” yarımstansiyasından verilən 35 kV-luq elektrik enerjisi qəsəbəni tam şəkildə enerji ilə təmin edə biləcək.

“Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə Oxu.Az-a bildirib ki, yarımstansiya vasitəsilə Talış ərazisinin də enerji təminatı həyata keçiriləcək.

O bildirib ki, ümumiyyətlə işğaldan azad olunmuş ərazilər yeni texnologiyalar və konsepsiyalarla qurulur:

“Bu ərazilərdə “ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyaları tətbiq olunur və biz də ağıllı şəbəkə konsepsiyasını ona uyğunlaşdırıq. Yekunda alınan paylayıcı şəbəkələr insan faktorundan az asılı olacaq. Demək olar ki, burada gələcəyi bilən elektrik şəbəkəsi yaradılır. Bu elə bir şəbəkədir ki, öz başına gələ biləcək qəzanı qabaqcadan proqnozlaşdırır. Avtomatik qəzaların ləğvi sistemi vasitəsilə qəza yeri təyin olunur, bununla da fasilələrin müddəti azalır. Bu xətlərin çəkilməsi baha başa gəlsə də yaxın müddətdə investisiya vəsaitinin geri dönüşü özünü göstərir.

İzolyasiyalı xətlərlə həm tam təhlükəsizlik təmin olunur, həm də ətraf mühitə dəyən ziyan azalır və yaşıllıq zolaqlarının salınması mümkün olur”.

Araz Məmmədzadə əlavə edib ki, işğaldan azad edilən ərazilərdə bu texnologiyanın tətbiqi ilə 6 min kvadrat kilometr torpaq sahəsinə qənaət etmək mümkündür, hansı ki, 1 hektarda minlərlə ton taxıl əldə edilir:

“Ənənəvi xəttin çəkilişi zamanı ümumi 60 metrlik mühafizə zolağı saxlamaq lazımdır. İzolyasiyalı xətdə isə mühafizə zolağı demək olar ki, 6 dəfə azalır. Bununla da torpaqlardan səmərəli istifadə artır”.

O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərlə yanaşı bu praktika ölkənin digər şəhər və şəhərətrafı ərazilərində də tətbiq olunacaq:

“Paralel olaraq digər ərazilərdə də elektrik şəbəkələrinə qulluq lazımdır. Bu texnologiyanın bütün ölkə ərazisində tətbiq edilməsi ilə bağlı layihəmiz var və təkliflər hazırlanır. Yüksək gərginlikli izolyasiyalı kabel sisteminə keçidin bütün üstünlükləri tam öyrənilib”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678