Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azad edilən ərazilərdə dövlət və özəl sektor tərəfdaşlığı mümkün olacaq

147 Baxış

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri “5-ci İstanbul Dövlət-Özəl Tərəfdaşlığı Həftəsi – 2020” beynəlxalq tədbirində iştirak edib.

Agentlikdən verilən məlumata əsasən, tədbir 2-5 noyabr tarixlərində İstanbul Dövlət və Özəl Sektor Tərəfdaşlığı (DÖST) üzrə Kamillik Mərkəzinin təşkilatçılığı və Türkiyənin Xarici İqtisadi Əlaqələr Təşkilatının (DEİK) dəstəyi ilə təşkil edilib.

Onlayn formatda “Dövlət-Özəl Tərəfdaşlığının birlikdə yenidən formalaşdırılması” mövzusunda keçirilən tədbirdə 40-dan çox ölkənin infrastrukturun inkişafı üzrə və DÖST sahəsində fəaliyyət göstərən dövlət qurumlarının və beynəlxalq təşkilatların nümayəndələri, eləcə də müvafiq sektor üzrə peşəkar mütəxəssislər, akademik dairələrin təmsilçiləri iştirak ediblər.

Tədbir çərçivəsində KOBİA-nın DÖST İnkişafı Mərkəzi tərəfindən ölkə təqdimatı keçirilib.

Həmçinin, tədbirdə Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı hərbi təxribatına cavab olaraq ordumuzun uğurlu əks-hücum əməliyyatları nəticəsində işğaldan azad olunmuş rayonlarda dağıdılmış ictimai infrastrukturun yenidən qurulması üçün DÖST modelindən istifadənin mümkünlüyü diqqətə çatdırılıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678