Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“SOCAR Türkiyə”nin nəzdindəki “Petkim” şirkəti gəlirlərini artırıb

164 Baxış

“SOCAR Türkiyə”nin nəzdində fəaliyyət göstərən “Petkim” neft-kimya şirkəti 2020-ci ilin III rübü üzrə gəlirlərini açıqlayıb.

Oxu.Az-ın şirkətin təqdim etdiyi hesabatlardan əldə etdiyi məlumata əsasən, 2020-ci ilin III rübündə şirkət 311 milyon türk lirəsi, təxminən, 36,7 milyon ABŞ dolları həcmində gəlir əldə edib. Ötən ilin eyni dövrü ilə müqayisədə şirkətin gəlirləri 36 faiz və ya 9,6 milyon ABŞ dolları həcmində artıb. 

İlin doqquz ayı ərzində şirkət ümumi 446 milyon türk lirəsi və ya 52,7 milyon ABŞ dolları həcmində gəlir əldə edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 33,2 faiz azdır.

“Petkim”in baş direktoru Anar Məmmədov 2020-ci ilin III rübü ilə bağlı maliyyə hesabatının nəticələrini dəyərləndirərkən bildirib ki, 30 sentyabr tarixində bitən dövr təqdim edilən hesabat şirkətin maliyyə vəziyyəti və mənfəəti barədə həqiqəti dürüst şəkildə əks etdirir.

1965-ci ildə təsis edilən “Petkim” şirkəti 2008-ci ildə “SOCAR Türkiyə”nin tərkibinə daxil edilib. Şirkət hər il təxminən 100 milyon dollara investisiya cəlb edir.

Eyni zamanda, “Petkim” neft-kimya şirkəti Türkiyənin ən böyük sənaye müəssisə və ixracat liderindən biri hesab edilir.

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678