Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

SOCAR-ın prezidenti “Rosneft” şirkətinin baş icraçı direktoru ilə görüşüb

132 Baxış

İyunun 5-də Sankt-Peterburq şəhərində SOCAR-ın prezidenti Rövnəq Abdullayevin “Rosneft” şirkətinin baş icraçı direktoru İqor Seçinlə görüşü olub.

Oxu.Az xəbər verir ki, görüş zamanı SOCAR ilə “Rosneft” arasında qarşılıqlı əməkdaşlığın gələcək inkişaf məsələləri müzakirə edilib, enerji keçidindən irəli gələn məsələlər haqqında ətraflı fikri mübadiləsi aparılıb. 

Xatırladaq ki, SOCAR-ın prezidenti işgüzar səfəri çərçivəsində Peterburq beynəlxalq iqtisadi forumunda iştirak edərək, forumun Energetika panelində çıxış edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678