SOCAR-ın karbamid zavodunun məhsulları Gürcüstana nəql olunur – FOTO
124 Baxış
SOCAR-ın karbamid zavodunda istehsal olunan məhsul dəmir yolu ilə xaricə nəql edilib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC-nin məlumatına görə, H.Z.Tağıyev stansiyasında hər birisinin çəkisi 800 kiloqram olan karbamid yarımvaqonlara yüklənərək Gürcüstanın Poti dəniz limanına yola salınıb.
H.Zeynalabdin-Böyük Kəsik-Poti marşrutu ilə 884 kilometr yolu 3-4 günə qət edən karbamid daha sonra Poti limanında gəmilərə aşırılaraq dəniz vasitəsi ilə təyinatı üzrə çatdırılır.
Bu dəfə ümumilikdə 500 vaqon vasitəsi ilə 30 min ton karbamidin nəql edilməsi nəzərdə tutulur. Qeyd olunan yükün 2 700 tonu 45 vaqona yüklənərək artıq yola salınıb.
Məlumat oxu.az saytından götürülmüşdür.