Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Potidən Daşkəndə ilk konteyner qatarı yola düşdü: Azərbaycandan keçəcək

120 Baxış

İlk dəfə olaraq Gürcüstanın Poti limanından Özbəkistanın paytaxtı Daşkəndə konteyner blok qatarı yola salınıb.

“Azərbaycan Dəmir Yolları” QSC yanında “ADY Konteyner” MMC-dən Oxu.Az-a verilən məlumata əsasən, tranzitlə Azərbaycan ərazisindən keçəcək qatar 58 konteynerdən ibarətdir.

Qatarla Avropa İttifaqı ərazisində istehsal olunmuş alüminium tərkibli sənaye məhsulları Orta Asiyayadaşınır.

Konteynerlər Bakı limanına çatdıqdan sonra operatoru “ADY konteyner” şirkəti olan fider gəmisi vasitəsilə Türkmənbaşı limanına göndəriləcək. Daha sonra qatar Türkmənistan və Özbəkistan dəmir yolları vasitəsilə yoluna davam edəcək. 

Bu layihə üzrə ümumilikdə 200 ədəd konteyner daşınacaq.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678