Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Nazir Danimarka şirkətlərini Azərbaycanın əlverişli biznes potensialından yararlanmağa dəvət edib – FOTO

136 Baxış

İqtisadiyyat naziri Mikayıl Cabbarov Danimarka Krallığının ölkəmizdə yeni təyin olunmuş qeyri-rezident səfiri Danni Annanla görüşüb.

Nazirlikdən Oxu.Az-a verilən məlumata əsasən, Mikayıl Cabbarov səfiri yeni təyinatı münasibətilə təbrik edib, fəaliyyətinin ikitərəfli əməkdaşlığın genişlənməsinə töhfə verəcəyinə əminliyini vurğulayıb.

Görüşdə Azərbaycanın Danimarka ilə əlaqələrin genişlənməsində maraqlı olduğu, əməkdaşlığın inkişafı üçün müqavilə-hüquq bazasının gücləndirilməsinin önəmi qeyd olunub.

Ticarətin ölkələrimiz arasında tərəfdaşlığın əsas istiqamətlərindən olduğunu bildirən nazir ötən il Azərbaycan və Danimarka arasında ticarət dövriyyəsinin 2019-cu ilə nisbətən 2 dəfədən çox artığını diqqətə çatdırıb, ölkəmizdə Danimarkanın “Carlsberg”, “Maersk” kimi transmilli şirkətlərinin fəaliyyətini qeyd edib.

İqtisadiyyat naziri Azərbaycanda həyata keçirilən islahatlar, qeyri-neft sektorunun və rəqəmsal iqtisadiyyatın inkişafı, ölkəmizin sosial-iqtisadi inkişafına dair Milli Prioritetləri barədə məlumat verib, Danimarka şirkətlərini Azərbaycanın əlverişli biznes və investisiya mühitindən, nəqliyyat-logistika potensialından yararlanmağa dəvət edib.

Səfir Danni Annan ölkəsinin Azərbaycanla əlaqələrin genişlənməsində maraqlı olduğunu vurğulayıb, diplomatik fəaliyyəti dövründə iqtisadi əməkdaşlığın möhkəmləndirilməsinə səy göstərəcəyini bildirib.

Görüşdə iqtisadi tərəfdaşlığın inkişafı imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678