Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mikayıl Cabbarov AYİB-in səlahiyyət müddəti başa çatan nümayəndəsi ilə görüşüb – FOTO

122 Baxış

İqtisadiyyat naziri Mikayıl Cabbarov AYİB-in səlahiyyət müddəti başa çatan nümayəndəsi İvana Duarteni qəbul edib.

Oxu.Az-ın məlumatına görə, bu barədə nazir özünün sosial media hesabında yazıb.  

“Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri kimi səlahiyyət müddəti başa çatan xanım İvana Duarteyə Azərbaycan-AYİB əlaqələrinin inkişafına töhfələrinə, Bankın dəstəyi ilə ölkəmizdə həyata keçirilən layihə və təşəbbüslərə görə təşəkkür edirəm. İnanıram ki, xanım İvana Duartenin Beynəlxalq Maliyyə Korporasiyasında (IFC – International Finance Corporation) fəaliyyəti zamanı da səmərəli əməkdaşlığımız davam edəcək”, – deyə nazir qeyd edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678