Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Orxan Məmmədov: “Layihənin məqsəd və hədəfləri ölkənin turizm siyasəti və strategiyası ilə uzlaşır”

115 Baxış

“KOBİA “Regional İnnovativ Turizm Məhsulu” (RİTM) layihəsinin əsas tərəfdaşı kimi bundan sonra da layihəyə dəstəyini əsirgəməyəcək”.

Oxu.Az-ın məlumatına görə, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, layihənin məqsəd və hədəfləri ölkənin turizm siyasəti və strategiyası ilə uzlaşır, həmçinin proqramın real və ölçüləbilən nəticələr verməsi gözlənilir:

“Daha çox diqqətimizi cəlb edən məsələ layihə üzrə regionlarda turizm startaplarını təşviq etmək və KOB subyektləri ilə məşğulluğu təşviq etməkdir. 

Turizm sahəsində sahibkarlığı təşviq etmək fəaliyyətimiz üçün çox vacibdir. Xüsusilə də ölkənin turizm potensialının araşdırılması, bunu KOB subyektlərinin iştirakı ilə təmin etmək bu layihədə fəaliyyətimizin əsasını təşkil edəcək”. 

KOBİA rəsmisi xatırladıb ki, yaxın zamanda İsmayıllı rayonunda turizm sahəsində kənd qonaq evlərinin təqdimatı keçirilib və bənzər layihəni digər turizm bölgələrində də keçirmək niyyətindədirlər. Artıq növbəti mərhələdə Şəki rayonunda bənzər layihə icra edilə biləcək. 

Orxan Məmmədov qeyd edib ki, Turizm Agentliyi ilə birgə Bakı ətrafı tarixi qəsəbələrin, o cümlədən Balaxanı qəsəbəsinin turizm məkanına çevrilməsi, turizmyönümlü sahibkarlığın təşviqi, yeni turizm obyektlərinin yaradılması istiqamətində birgə fəaliyyətimiz mövcuddur. O əlavə edib ki, oxşar layihələr Bibiheybət və Pirşağı qəsəbələrində də mümkün olacaq.

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678