Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Həftəsonu yarmarkaları təşkil olunacaq – FOTO

136 Baxış

3-4 iyul tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkaları təşkil olunacaq.

Kənd Təsərrüfatı Nazirliyindən Oxu.Az-a verilən məlumata əsasən, Bakı və Abşeron ərazisində üç fərqli ünvanda baş tutacaq yarmarkalarda ümumilikdə 40-a yaxın regiondan 100-ə yaxın fermer iştirak edəcək.

Yarmarkalarda fermerlər tərəfindən 60-dan artıq çeşiddə təbii kənd təsərrüfatı və qida məhsulları satışa çıxarılacaq.

“Kənddən şəhərə” yarmarkaları aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:

– Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı)

– Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı)

– Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678