Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qazi və şəhid ailələrinin evləri qazlaşdırılır – FOTO

153 Baxış

Qazi və ya şəhid ailələrinin müraciəti əsasında onların yaşadığı ərazidə küçə xətlərinin çəkilməsi də təmin edilir.

“Azəriqaz” İstehsalat Birliyindən Oxu.Az-a verilən məlumata əsasən, Birliyin daxili imkanları hesabına həyata keçirilən işlər nəticəsində bu günlərdə daha bir-neçə qazi ailəsinin yaşadığı evlərin qazlaşdırılması yekunlaşıb.

Belə ki, 2020-ci ildə Vətən müharibəsi başlayan zaman Füzuli, Qubadlı və Şuşa istiqamətində gedən əməliyyatlarda iştirak edən qazi Murad Rəhimovun fərdi yaşayış evinə diametri 57 mm olan 153 metr uzunluğunda qaz xətti çəkilib və sayğac quraşdırılıb.

Həmçinin, Vətən müharibəsində Cəbrayıl, daha sonra Füzuli, Qubadlı və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edən qazi Ramil Məhərrəmovun yeni fərdi yaşayış evinə təbii qazın çəkilişi təmin olunub.

Eləcə də, Birinci Qarabağ döyüşlərində iştirak edən II Qrup Qarabağ əlili Elşən Mustafayevin yaşayış massivində yerləşən fərdi yaşayış evinə qaz xətti çəkilib və sayğac quraşdırılıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678