Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakıda qiyməti bahalaşmış evlər

142 Baxış

Bakıda fərdi yaşayış və bağ evlərinin qiyməti bahalaşıb.

MBA Group” konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, iyun ayı ərzində fərdi yaşayış və bağ evlərinin satış qiyməti 3.8 faiz, ötən illə müqayisədə isə 7.33 faiz bahalaşıb.

Onun sözlərinə görə, baha qiymətə olan fərdi yaşayış və bağ evlərinin satış qiyməti ötən ay 2.57 faiz, ötən illə müqayisədə isə 0.45 faiz artıb.

Orta qiymətə olan bağ evləri isə ötən ay 1.54 faiz, ötən illə müqayisədə isə 9.28 bahalaşıb. Ucuz qiymətə olan fərdi yaşayış və bağ evlərinin qiyməti ay ərzində 7.15 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0.15 faiz bahalaşıb.

N.İbrahimov bildirib ki, bahalaşma mövsümi xarakter daşıyır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678