Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycan şirkəti Türkiyə ilə Avropa arasında ticarət əlaqələrində iştirak etməyə başladı

137 Baxış

Azərbaycan şirkəti Türkiyə ilə Avropa İttifaqı arasında ticarət dövriyyəsinə öz töhfəsini verməyə başlayıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəməsi olan “ADY Konteyner” MMC-dən Oxu.Az-a verilən məlumata əsasən, şirkət Türkiyənin nəqliyyat-logistika şirkəti olan “Pasifik Eurasia Logistics” ilə birgə yüklərin Türkiyədən Avropaya nəql edilməsi üzrə layihənin reallaşdırılmasına başlayıb.

Birgə layihə çərçivəsində Türkiyə istehsalı olan məhsulların Avropaya və əks istiqamətdə çatdırılması nəzərdə tutulur. Layihənin sonrakı mərhələlərində isə yüklərin Türkiyə vasitəsilə Azərbaycan-Avropa ölkələri arasında daşınması planlaşdırılır.

Layihənin ilkin mərhələsi çərçivəsində Türkiyə istehsalı olan izolyasiya materialları ilə yüklənmiş konteynerlər artıq “Pasifik Eurasia Logistics” şirkəti tərəfindən İstanbuldan Macarıstanın paytaxtı Budapeşt şəhərinə yola salınıb. Həmin konteynerlər Macarıstanda yenidən yüklənərək Türkiyə üçün nəzərdə tutulmuş idxal yüklərini əks istiqamətdə daşıyacaq.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678