Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Dəfələrlə cərimələnən heyvan kəsimi məntəqələri hələ də fəaliyyət göstərir – FOTO

140 Baxış

Bakıda keçirilən növbəti monitorinqlər zamanı sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan fəaliyyət göstərən beş heyvan kəsimi və ət satışı məntəqəsi aşkarlanıb. Həmin obyektlərə dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə və inzibati tədbirlər görülməsinə baxmayaraq, onların qanunsuz fəaliyyəti davam etdirdikləri aşkar olunub.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, nöqsanlar Bakı şəhəri, Xətai rayonunda yerləşən beş məntəqədə aşkarlanıb.

Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678