Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Kölgə iqtisadiyyatının ölçülməsi üzrə metodik Əsasnamə” barədə qərar qəbul olundu

150 Baxış

Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının videokonfrans formatında növbəti iclası keçirilib.

Auditorlar Palatasından verilən məlumata əsasən, videokonfransda Şura üzvləri və Palatanın Şurası yanında Komitə sədrləri iştirak edib.  

Konfransda aşağıdakı məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul olunub:

“Azərbaycan Respublikasında auditor xidmətinin inkişaf konsepsiyasının (2021-2030-cu illər üzrə)” hazırlanması barədə;

Palatanın və onun Şurasının iş planlarının, Palatanın iş planına əsasən tərtib edilmiş Plan-proqramların, Palata rəhbərliyinin əmrlərinin, sərəncamlarının və tapşırıqlarının Palatanın struktur bölmələri tərəfindən icra olunmasının təşkili barədə;

“Kölgə iqtisadiyyatının ölçülməsi üzrə metodik Əsasnamə” barədə;

Əmlakın qiymətləndirilməsinin auditinə dair proqramın layihəsi barədə;

Auditor xidmətlərinin minimum hədlərinə auditor təşkilatları və sərbəst auditorlar tərəfindən riayət edilməsi vəziyyətinin araşdırılması barədə;

“Auditor fəaliyyətində haqsız rəqabət hallarına qarşı mübarizəyə dair Təlimat”ın layihəsinin müzakirəsi barədə;

Avrasiya Mühasiblər və Auditorlar Assosiasiyasının təsis edilməsi və onun nizamnaməsinin layihəsinin müzakirəsi barədə;

Auditor xidmətlərinin minimum hədlərinə güzəşt edilməsi barədə.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678