Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

www.kobmarket.az onlayn satış portalında 50 %-ə qədər endirim tətbiq olunacaq

120 Baxış

Sahibkarların, xüsusilə də mikro və kiçik biznes subyektlərinin məhsullarının daha geniş auditoriyaya tanıdılması və satışının artırılması, eləcə də alıcıların alış-veriş imkanlarının genişləndirilməsi məqsədilə www.kobmarket.az portalında yerləşdirilmiş məhsullara endirim tətbiq olunacaq.

Avqustun 6-da www.kobmarket.az portalından alış-veriş edən hər kəs 50 %-ə qədər endirimli satışdan yararlana biləcək. Endirim kampaniyası çərçivəsində Bakı şəhəri üzrə bütün sifarişlər pulsuz çatdırılacaq.

Qeyd edək ki, sahibkarların onlayn satış imkanlarının genişləndirilməsi məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə yaradılmış www.kobmarket.az ticarət platformasında hazırda 50-dən çox onlayn mağaza fəaliyyət göstərir və 700-dən çox adda məhsul yerləşdirilib. Növbəti mərhələdə portala məhsullarla yanaşı, müxtəlif xidmətlərin yerləşdirilməsi də nəzərdə tutulur.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678