Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“SOCAR Türkiyə”nin paylama əməliyyatlarını təmin edən “Naturelgaz” gəlirlərini açıqladı

137 Baxış

“SOCAR Türkiyə LNG”nin 100 faizlik səhmlərini satın alan “Naturelgaz” şirkəti gəlirlərini açıqlayıb.

Oxu.Az-ın Qlobal İnvestisiya Holdinqindən əldə etdiyi məlumata əsasən, “SOCAR Türkiyə”nin paylama əməliyyatlarını təhvil alan şirkət 2020-ci ilin doqquz ayı ərzində təxminən 40,4 milyon ABŞ dolları həcmində gəlir əldə edib.

Bu göstərici ötən ilə nisbətən sabit hesab edilir.

Müvafiq dövr ərzində şirkət COVID-19 pandemiyasının təsiri ilə 122,4 milyon kubmetr sıxılmış qaz paylayıb.

Qeyd edək ki, Türkiyənin Global İnvestisiya Holdiqinin nəzdində fəaliyyət göstərən “Naturelgaz” şirkəti rəsmi şəkildə “SOCAR Turkey LNG” şirkətinin səhmlərinin 100 faizinin satınalma prosedurunu tamamlanıb.

Holdinqin İdarə Heyətinin sədri Mehmet Kutman bildirib ki, bu satınalma “Naturelgaz”ın mövqeyini daha da gücləndirəcək və məhsul portfelini diversifikasiya edərkən həcmini, eləcə də, coğrafi əhatə dairəsini artıracaq.

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678