Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Nazirlik 12,4 milyon manatlıq satınalma edib

153 Baxış

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi 12,4 milyon manat həcmində satınalma həyata keçirib.

Oxu.Az-ın dövlət satınalmaları elektron portalından əldə etdiyi məlumata əsasən, Nazirliyin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi elan etdiyi açıq tenderə yekun vurub.

Nazirliyin müvafiq idarəsi yanğın mühafizə sistemlərinin alınıb-quraşdırılması üçün “Element YT” MMC ilə müqavilə bağlayıb.

Müqavilə üzrə işlərin təmin edilməsi üçün şirkətə 12 milyon 399 min 775 manat həcmində ödəniş ediləcək.

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678