Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Gürcüstanın iqtisadiyyat naziri Bakıya gələcək

110 Baxış

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natiya Turnava dekabrın 13-də Azərbaycana səfər edəcək.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, səfərdə məqsəd Bakıda keçiriləcək Azərbaycan-Gürcüstan biznes forumunda iştirak etməkdir.

İki gün davam edəcək forumda ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi, sərmayə qoyuluşu, regional iqtisadi layihələrin perspektivləri və s. məsələlər diqqət mərkəzində olacaq.

Gürcü nazirin Bakıda bir neçə görüşü də nəzərdə tutulub. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678