Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Böhran ABŞ dollarını bahalaşdırır – Manat da ondan geri qalmır…

111 Baxış

Azərbaycan manatı yenidən ticarət tərəfdaşlarının milli valyutalarına qarşı bahalaşıb.

Turanmedia.az xəbər verir ki, bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

2022-ci ilin mart ayında manatın real effektiv məzənnəsi (REM) 119.55 bənd təşkil edib.

Manatın qeyri-neft sektoru üzrə REM-i 118.6 bənd təşkil edib.

Qeyd edək ki, Azərbaycan manatı ABŞ dollarına qarşı 2017-ci ilin martından sabit məzənnə ilə hərəkətsiz qalıb. USD/AZN cütlüyünün məzənnəsi 1.7000 səviyyəsindədir.

Buna görə də, ABŞ dolarının böhranda bahalaşma və ya ucuzlaşma istiqamətində mütənasib, yaxud korrelyasiya edir. ABŞ dollarının indeksi Rusiya-Ukrayna müharibəsi səbəbindən yaranan qlobal inflyasiyaya görə, FED-in faiz artımına getməsi, və növbəti iclaslarda da artırması siqnallarını verməsi onun indeksini gücləndirib. 6 əsas rəqib valyuta qarşısındakı indeksi 100 bəndin üzərindədir.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678