Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycan bu sahədə dünyada 5-ci yerdədir

109 Baxış
Azərbaycan ÜDM-də hərbi xərclərin payına görə dünyada beşinci yerdə qərarlaşıb.

Turanmedia.az Bizim.Media-ya istinadən xəbər verir ki, bu barədə məlumat Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) “Dünya hərbi xərclərinin tendensiyaları” adlı yeni hesabatında verilir.

Yayılan məlumatlara görə, 2021-ci ildə ÜDM baxımından hərbi xərclərin həcminə görə Oman, Küveyt, Səudiyyə Ərəbistanı və Əlcəzairdən sonra Azərbaycan beşinci yerdədir. Ümumilikdə, ötən il Azərbaycanın hərbi xərcləri ölkə ümumi daxili məhsulunun 5,3 faizini təşkil edib.

Bu siyahıda Azərbaycandan sonra ÜDM-in 5,2 faizini hərbi məqsədlər üçün ayıran İsrail gəlir. Öz növbəsində, Ermənistan ÜDM-in 4,4 faizini hərbi xərclərə yönəltməklə doqquzuncu yerdədir. 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678