Taleh Kazımov Mərkəzi Bank sədri kimi ilk faiz qərarını verir

9 Baxış

Turanmedia.az xəbər verir kiz Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti aprel ayının 19-cı faiz dərəcələrinin parametrlərini müəyyən etmək üçün 2022-ci ilin üçüncü iclasına toplaşır. Bu dəfə İdarə Heyətinin sədri kimi Elman Rüstəmov deyil, Taleh Kazımov iştirak edəcək. Bu da T.Kazımovun ilk faiz qərarıdır.

AMB son iclasda ölkədə qiymət artımlarına və manatın alıcılıq qabiliyyətinin azalmasına “susqun” qalmadı. Beləliklə, son üç iclasda sərtləşməyə getdi.

Beləliklə, 17 sentyabrdakı iclasda AMB-nin İdarə Heyəti uçot dərəcəsini 6.25%-dən 6.5%-ə, dəhlizin aşağı həddini 5.75%-dən 6%-ə, yuxarı həddini isə 6.75%-dən 7%-ə, 29 oktyabrdakı iclasda uçot dərəcəsini 0.5% bəndi artırmaqla 7%-ə, faiz dəhlizinin aşağı həddini 0.25% bəndi artırmaqla 6%-ə, yuxarı həddini isə 1% bəndi artırmaqla 8%-ə, dekabrda uçot faiz dərəcəsini 7.25%-ə, faiz dəhlizinin aşağı həddini 6%, yuxarı həddini 8.25%-ə, yanvarda isə 7.5%-ə, aşağı həddi 6%-ə və yuxarı həddi 9%-ə və uçot dərəcəsi 7.75%, faiz dəhlizinin aşağı həddi 6.25%, yuxarı həddi isə 9.25% səviyyəsində müəyyən edilib.

AMB ölkədə yüksələn inflyasiyaya görə sərt monetar siyasətə əl atıb. Son iqtisadi göstəricilərə nəzər salsaq Azərbaycanda inflyasiya göstəricilərində artım tempi səngiyib. Cari ilin yanvarında orta illik inflyasiya 12.5%, fevral və mart ayında 12.2% təşkil edib. Hökumət tərəfindən açıqlamaya görə, illik inflyasiya tempinin azalması qeyri-ərzaq məhsulları və xidmətlərin bahalaşma tempinin nisbətən azalması ilə bağlıdır.

 

Mərkəzi Bank bu faiz qərarında da faiz artımına maliyyə bazarlarının geosiyasi risklərə reaksiyası, makroiqtisadi proqnozlar və inflyasiya amillərinin dərin təhlili nəzərə alınmaqla qəbul ediləcəkdir.

 

Gördündüyü kimi inflyasiya hazırda səngisə də, dünya bazarında əksər əmtəələr Rusiya-Ukrayna müharibəsi fonunda bahalaşmaqdadır. Neftin və həmçinin enerji daşıyıcılarının bahalaşması Azərbaycanın valyuta gəlirlərini yüksəltsə də, digər tərəfdən dünya bazarlarında logistik və istehsal xərclərini artırmaqdadır ki, bu da qiymətlərin artımı üçün əlavə təziyiqdir.

 

Mərkəzi Bankın özünün də dediyi kimi inflyasiya əsasən “xaricdən” ölkəyə daxil olur.

 

Aprel ayında plan üzrə 8 hərracdan 6-sı gerçəkləşib və 444 mln. ABŞ dolları satılıb. Bu da mart ayından 27.1% çoxdur. Ölkənin valyuta bazarlarında ABŞ dollarına yenidən ehtiyac artıb.

 

Azərbaycan manatı yenidən ticarət tərəfdaşlarının milli valyutalarına qarşı bahalaşıb. Manatın real effektiv məzənnəsi (REM) 119.55 bənd təşkil edib.

 

Qeyd edək ki, Azərbaycan manatı ABŞ dollarına qarşı 2017-ci ilin martından sabit məzənnə ilə hərəkətsiz qalıb. USD/AZN cütlüyünün məzənnəsi 1.7000 səviyyəsindədir.

 

Buna görə də, manat ABŞ dolarının böhranda bahalaşma və ya ucuzlaşma istiqamətində mütənasib, yaxud korrelyasiya edir. ABŞ dollarının indeksi Rusiya-Ukrayna müharibəsi səbəbindən yaranan qlobal inflyasiyaya görə, FED-in faiz artımına getməsi, və növbəti iclaslarda da artırması siqnallarını verməsi onun indeksini gücləndirib. 6 əsas rəqib valyuta qarşısındakı indeksi 100 bəndin üzərindədir.

Bu səbəbdən də aprel ayından Mərkəzi Banka sədrlik edən Taleh Kazımovun ilk faiz qərarında sabit saxlaması və ya hətta yüksəldə biləcəyi daha yüksəkdir.