Çexiya qaza görə rublla ödənişdən niyə imtina edib? – Baş nazir səbəbləri AÇIQLADI

12 Baxış
Çexiyanın baş naziri Rusiya qazının pulunu rublla ödəməkdən imtina etməsinin səbəblərini açıqlayıb.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, Çexiyanın baş naziri Petr Fiala ölkəsinin Rusiya qazının pulunu rublla ödəməyə hazırlaşmadığını deyib. Bunu Qərbin tətbiq etdiyi sanksiyalar rejiminin pozulması kimi dəyərləndirib:

“Əgər biz rublla ödənişlərdən danışsaq, o zaman deyə bilərik ki, Çexiya Rusiyanın şantajına boyun əymək fikrində deyil. Bəzi ölkələr və şirkətlər bununla razılaşsalar, səhv edəcəklər. Bu, sanksiyaların pozulmasıdır və təhlükəlidir” – Petr Fiala vurğulayıb.

Fiala bütün Avropa ölkələrini vahid olmağa çağırıb. Macarıstanı və digər ölkələri Rusiya qazının pulunu rublla ödəməyə razı olmamağa və “ümumi Avropa mövqeyinə xələl gətirməməyə” inandıracağına ümid etdiyini deyib.

Xatırladaq ki, aprelin 27-dən “Qazprom” Polşa və Bolqarıstana qaz nəqlini dayandırıb. Çünki bu ölkələr qazın pulunu rublla ödəməkdən imtina ediblər. Elə həmin gün Avstriya kansleri Karl Nehammer ölkəsinin Rusiyanın şərtlərini qəbul etdiyini açıqlayıb.